108

Çağrı mərkəzi

Haqqımızda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi Haqqında Ümumi Məlumat

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmışdır.

 

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

1) tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir;

 

2) tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərir, məsləhətlər və izahatlar verir.